Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəngkar Nağdəli Xəlilovun 70 illiyi ilə bağlı yubiley sərgisinin açılışı olacaq. Sərgidə rəssamın son illərdə yaratdığı 70 əsər nümayiş etdiriləcək.
   N.Xəlilov 1946-cı ildə indiki Ermənistan SSR Masis rayonunun Sarcalar kəndində doğulub. 1972-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq bölümünü bitirib. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1993, 1996, 2006-cı illərdə fərdi sərgiləri keçirilib. 2007-ci ildə Türkiyədə fərdi sərgisi təşkil olunub.
   
   S.Qaliboğlu