Azərbaycanın Rusiyadakı səfirliyində "Azərbaycan. XXI əsrə sıçrayış" kitabının təqdimat mərasimi olub.
   Moskvanın Kupriyanov Nəşriyyat Evində çap olunan kitabın müəllifi Oleq Tsıqanovdur.
   Nəşrdə Heydər Əliyevin ideyası ilə yaradılan və Moskva və Bakı jurnalistləri tərəfindən həyata keçirilən «İzvestiya-Azərbaycan» Rusiya-Azərbaycan media layihəsi haqqında ətraflı məlumat verilib. O cümlədən Azərbaycanın imicinin formalaşması, ölkəmizin dünyada və Rusiyada obrazının əsasını təşkil edən elementlər topluda öz əksini tapıb.
   Tədbirdə Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, Azərbaycan parlamentinin deputatı, əməkdar jurnalist Elmira Axundova və başqaları iştirak ediblər.