Dekabrın 13-15-də Bakıda Türk Filmləri Həftəsi keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyindən verilən məlumata görə, Türk Filmləri Həftəsində “Bəyaz mələk”, “İ love you”, “Vizontele Tuba”, “Gönül yarası”, “Babam və oğlum” filmləri ilk dəfə olaraq pulsuz nümayiş olunacaq.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək Türk Filmləri Həftəsində 2010-cu il də daxil olmaqla son illər müxtəlif festivallarda mükafat qazanmış filmlər nümayiş olunacaq.
Dekabrın 13-də açılışı keçiriləcək Türk Filmləri Həftəsi tanınmış rejissor və aktyor Mahsun Qırmızıgülün “Bəyaz mələk” filminin nümayişi ilə başlayacaq. Filmlərin nümayişinin təşkilatçısı “Ays Yapım” şirkətidir.