Xeyriyyə sərgisi keçiriləcək
Fevralın 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Uşaqların xoşbəxt gələcəyi" təşkilatı "Palitra ilə sağlam ürək bağışla" adlı xeyriyyə sərgisi keçirəcək. “1969” qalereyasında baş tutacaq tədbirdə istedadlı rəssam Diləfruz Bağırovanın və “Baku İnternational School”un şagirdi Elmira Həsənovanın rəsm əsərlərinin xeyriyyə məqsədilə satışı keçiriləcək.
Satılan rəsm əsərlərindən əldə olunacaq vəsait Bərdə rayonunda yaşayan ürək qüsurlu körpənin sağlam həyata qovuşması üçün sərf olunacaq.