Fevralın 24-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” uşaq rəsm sərgisi keçiriləcək.
Mövzu ilə bağlı keçirilən uşaq rəsm müsabiqəsində Tofiq İsmayılov adına məktəb, Lənkəran şəhəri Əsəd Əsədli adına Rəssamlıq Məktəbi, Günəşli qəsəbəsi “Əlifba” Tədris Mərkəzi və Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası xüsusi fəallıq göstərib, o cümlədən, Gəncədən, Ucardan və Bakının müxtəlif məktəblərindən 300-dən çox uşaq 400-ə yaxın əl işi ilə tədbirə qatılıb. Xətai Sənət Mərkəzində təşkil olunacaq sərgidə 110 uşağın 118 rəsmi nümayiş olunacaq.