Nizami Kino Mərkəzində "İgid" və "Batalyon" filmləri nümayiş etdiriləcək
   
   Fevralın 24-də Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzində “Xocalı. Matəm. Ekran” sənədli film günü keçiriləcək. Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınmış yeni sənədli ekran əsərləri - "İgid" və "Batalyon" filmləri nümayiş etdiriləcək.
   Rejissor Elçin Musaoğlunun "İgid" filmi Azərbaycan xalqının qəhrəman oğlu Natiq Qasımovdan bəhs edir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan filmin ssenari müəllifləri Elçin Musaoğlu və Səbuhi Məmmədli, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. 
   "Yaddaş" sənədli filmlər studiyasında lentə alınan "Batalyon" sənədli filmi isə Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi döyüş yolundan söz açır.
   Ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.
   
   Lalə