Lerik rayonundakı Hamarat kənd kitabxanasında təşkil edilən “Vətən uğrunda ölüm mərd üçün səadətdir” adlı tədbir Azərbaycan qəzəl məktəbinin parlaq nümayəndəsi, görkəmli şair Əlağa Vahidə həsr edilmişdi. 
   Öncə iştirakçılar şairin əsərlərindən, haqqında yazılmış kitab, jurnal materiallardan və fotoşəkillərdən ibarət sərgiyə baxdılar. 
   Tədbirin rəsmi hissəsində Hamarat kənd tam orta məktəbinin dil və ədəbiyyat müəllimi Azad Hüseynov, şair Vüqar Həmati çıxış edərək Ə.Vahidin Azərbaycanın böyük ədəbi siması olduğunu vurğuladılar.
   Qiraətçi Hacımusa Mirzəyev şairin şeirlərində yer alan vətənpərvərlik duyğulardan söz açdı, bu səpkili şeirlərdən nümunələr söylədi. 
   Sonda məktəbin şagirdləri “Vətən uğrunda ölüm mərd üçün səadətdir” adlı ədəbi-bədii kompozisiya təqdim etdilər.
   
   Zəfər Orucoğlu
   Lerik rayonu