Azərbaycanın “Nərimanfilm” və Gürcüstanın “Bagirafilm” kinostudiyalarının birgə istehsalı olan “Sahə” (ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) bədii filmi Gürcüstanın Dövlət Teatr və Kino İnstitutu tərəfindən diploma layiq görülüb. “Nərimanfilm”dən verilən məlumata görə, diplom filmə XI Tbilisi Beynəlxalq Kinofestivalında iştirakına görə təqdim olunub. Festival dekabrın 6-12-də Tbilisidə keçirilib. Film XI Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramı çərçivəsində nümayiş etdirilib.
   Qeyd edək ki, “Sahə” filmi Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd göstərilib. Filmdə baş rolları Zaza Beyaşvili (Gürcüstan), Melissa Parel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.