“Şur” nəşriyyatında yazıçı-publisist Dilarə Nağıyevanın “Ömrün səhifələri” kitabı nəşr olunub. Müəllif-tanınmış Bakı milyonçusu Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva yeni kitabında öz uşaqlığı, gəncliyi, atasından, qohumlarından babası haqqında eşitdiklərini qələmə alıb. Dilarə Nağıyeva bildirib ki, bu əsərlə Musa Nağıyevin simasında Azərbaycan xalqının tarixi yaddaşı olan neft milyonçularının adlarını və tarixi haqqını bərpa etmək istəyıb. Müəllif kitabında Musa Nağıyevin nəslindən olmasına baxmayaraq, əsrin yarısını susmalı olduğunu, yalnız müstəqilliyimiz dövründə bu adı layiqli pilləyə qaldırmağa çalışdığını, 2004-cü ildə Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyini təsis etdiyini nəzərə çatdırır. Kitaba şair-publisist Musa Ələkbərli ön söz yazıb.