“Azərbaycanfilm” kinostudiyası özünün yeni loqotipini yaratmaq üçün müsabiqə elan edib. Kinostudiyadan bildiriblər ki, loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır. Qalib işin müəllifinə 1000 manat dəyərində mükafat veriləcək. Müsabiqə üçün işləri 2011-ci il fevralın 1-dək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmək lazımdır.