“Oskar” mükafatından sonra dünya kino aləmində ikinci nüfuzlu müsabiqə olan “Qızıl qlobus” mükafatının yeni təqdimatı ilə bağlı namizədlərin adları açıqlanıb. 2010-cu ilin ən yaxşı kinematoqrafı və kino layihəsi çərçivəsində növbəti ilin "Qızıl Qlobus" mükafatı namizədlərinin siyahısında “ən yaxşı dramatik film” nominasiyasında baş mükafata bu filmlər iddia edir: "Qara qu quşu", "Başlanğıc", “Kral danışır", "Sosial şəbəkə", "Əsgər", "Ən yaxşı muzikl və komediya filmləri" kateqoriyasında isə "Alisa möcüzələr aləmində", "Burlesk", "Uşaqlar qaydasında" , "RED", "Turist" filmləri namizəddir.
   Tanınmış kino ulduzu Conni Depp də “ən yaxşı kişi rolu"nda nominantdır. Nüfuzlu mükafat uğrunda namizədliyə isə "ən yaxşı əcnəbi dilli film" kateqoriyasında Rusiyalı məşhur rejissor Aleksey Uçitelin "Qurtaracaq" filmi mübarizə aparacaq.
   Sayca 68-ci “Qızıl qlobus”un təqdimatı 2011-ci il yanvarın 16-da Los-Ancelesdə “Beverly Hilton”da keçiriləcək. Xatırladaq ki, 2010-cu ildə “Qızıl qlobus” mükafatının əsas nominasiyalar üzrə qalibi Ceyms Kameronun “Avatar” filmi olmuşdu.
   
   Vəfa Zeynalova