Cəmisi 48 milyon funt-sterlinqə
   
   Böyük Britaniyanın paytaxtı Londondakı "Sothebys" hərrac evində avstriyalı rəssam Qustav Klimtin (1862-1918) «Çiçəklənən bağ» rəsm əsəri 48 milyon funt-sterlinqə satılıb.   
   “Çiçəklənən bağ” bu günə qədər Avropa hərraclarında satılan üçüncü ən bahalı rəsm əsəri kimi tarixə düşüb. Birinci və ikinci yerdə Alberto Cakomettinin «Addımlayan adam» heykəli (2010-cu ildə hərracda 65 milyon funt-sterlinqə satılıb) və Piter Paul Rubensin «Günahsızların döyülməsi» rəsm əsəri (2002-ci ildə 49,5 milyon funt-sterlinqə satılıb) yer alır. 
   İmpressionizm və modern üslubunda yaradılmış bu sənət əsəri Q.Klimtin ən bahalı rəsm əsəridir. Hərrac təşkilatçıları bildiriblər ki, «Çiçəklənən bağ» rəssamın hərraclarda nümayiş olunan şah əsərlərindən biridir. Əsər 1907-ci ildə yağlı boya ilə (110x110 sm) çəkilib. 
   Həmçinin, hərracda Pablo Pikasso, Amadeo Modilyani və Pol Qogen kimi məşhur rəssamların əsərləri satılıb.
   
   İlona