Yuğ Teatrının direktoru Tehrana beynəlxalq seminara dəvət olunub
   
   Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov 5-7 mart tarixində İranda səfərdə olub. O, Tehran şəhərində Dramatik İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Özəl və dövlət teatrları arasında münasibət” adlı seminarda iştirak edib.
   Dünyanın bir çox ölkələrindən teatr direktorlarının, prodüserlərin, rejissorların, teatrşünasların qatıldığı beynəlxalq seminarda teatr əlaqələrinin qurulması, teatr idarəetməsi ilə bağlı təcrübə mübadiləsi və elmi müzakirələr aparılıb.