Rəsul Rza haqqında bədii-sənədli film çəkilir
   
   Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr edilmiş “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli film çəkilir. Filmin ssenari müəllifi və rejissoru Əhliman Qafarov bildirib ki, 1 saat 30 dəqiqəlik film şairin həyat və yaradıcılığına həsr olunub. Şairin xatirələri üzərində qurulmuş filmdə onun lirik, fəlsəfi və dünyəvi şeirləri bədiiləşmiş dialoq şəklində təqdim olunur. Filmdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Rəsul Rzanın qızı, BDU-nun baş müəllimi Fidan Rzayeva, əməkdar artistlər Azad Şükürov, Zülfiyyə Eldarqızı, Ağalar Bayramov, Gülsabah Quliyeva, Mehriban Xanlarova, “Neft daşları” Mədəniyyət Sarayının bədii rəhbəri, bədii qiraətçi Ruhəngiz Mustafayeva çəkilblər.
   Filmin çəkilişləri Bakı, Göyçay, İsmayıllı və Yevlaxda aparılıb. Hazırda son çəkilişlər gedir. Yanvarın sonunda filmin təqdimatı olacaq.