Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə maraqlı səhnə əsərləri təqdim ediləcək
   
   Hər il olduğu kimi, bu il də ASSİTEJ-Azərbaycan Milli Mərkəzində 20 mart - Dünya Uşaq və Gənclər Teatrı Günü qeyd ediləcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildə ASSİTEJ-ə üzv olandan sonra bu əlamətdar günü də qeyd edir.
   Teatrdan bildirilib ki, Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə martın 18-dən 25-dək bir-birindən maraqlı səhnə əsərləri təqdim ediləcək. Həmin günlərdə “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları nümayiş olunacaq.
   Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatrı Günü 15 il əvvəl Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində azyaşlıların və gənclərin teatra cəlb olunmasına xidmət edir.