Xalq rəssamı arxivə fotoşəkillər təqdim edib
   
   Xalq rəssamı Nazim Bəykişiyev Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 41 saxlama vahidi fotosənəd təqdim edib.
   Milli Arxiv İdarəsindən bildirilib ki, təqdim olunan fotosənədlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Dövlət Musiqili Teatrında rəssamın iştirakı ilə hazırlanan tamaşalardan yaddaqalan anları əks etdirir. Eyni zamanda fotosənədlər rəssamın yaradıcılıq yoluna işıq salır.
   Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa məlumat hazırlanır.
   Qeyd edək ki, N.Bəykişiyev Hüseyn Cavidin “İblis”, Mir Cəlal Paşayevin “Dirilən adam”, Oktay Kazıminin “Qızıl toy”, Emin Sabitoğlunun “Nəğməli könül”, Ramiz Mirişlinin “Qaçırılmış qız” və onlarla digər dram və musiqili tamaşaların quruluşçu rəssamıdır.