Astara rayon Pensər kənd Folklor evinin işçiləri kənd 15 saylı filial kitabxanasının işçiləri ilə birgə Beynəlxalq Qadınlar Günü münasibətilə "Həyata küsmə, şəhid anası" adlı tədbir keçiriblər. Mədəniyyət işçiləri şəhid İlyas Rəhmanovun evində olub, onun ailəsi ilə görüşüblər.
Görüşdə şəhidin qardaşı Qiyas Rəhmanov qardaşının həyatı və döyüş yolundan fəxrlə danışıb, şəhid anası Yüsra Rəhmanova İlyasın acılı-şirinli xatirələrlə dolu otağında qoruyub saxladığı şəkilləri, şəxsi əşyalarını göstərərək “Hər gün onlara baxıb oğlumun ətrini alıram", - deyə vurğulayıb.
Folklor evinin direktoru Səhabəddin Əhmədov folklor evi və kitabxana işçilərinin bayram hədiyyəsini şəhid anasına təqdim edib.