Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda qadın və ailə problemlərinin həlli, təhsil və tərbiyə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuş uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Bu gün Azərbaycan qadınları cəmiyyətimizin bütün istiqamətlərində, o cümlədən elm və təhsil sahələrində uğurla fəaliyyət göstərirlər.
Universitetin qadın əməkdaşlarını təbrik edən E.Aslanov onlara sağlam uzun ömür, səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.