Rusiyanın məşhur kino və teatr aktrisası Natalya Varley xəstəxanaya yerləşdirilib.
   Aktrisanın üzərində cərrahiyyə əməliyyatı aparılacağı istisna olunmur.
   Qeyd edək ki, Rusiya Federasiyasının Əməkdar artisti N.Varley peşəkar karyerası boyunca 40 filmə çəkilib. Onun ən məşhur rolu isə “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmindəki Nina roludur.