Romantik ekspozisiyalı fotosərgi 
   
   Martın 17-də “Art villa” qalereyasında “Bakı baharı sevir” adlı fotosərgi açılacaq.
   Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə baş tutacaq. Sərgidə bir neçə fotoqraf və moda ustasının Bakının romantik ekspozisiyasını əks etdirən foto və əl işləri təqdim olunacaq.
   Sərginin kuratorları tanınmış fotoqraflar Rüstəm Hüseynov, Nadejda Cavad və Vadim Mansurovdur.