Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında “Qisas almadan ölmə” filminin çəkilişləri davam edir. Qeyd edək ki, XIX əsrin əvvəllərində Azərbaycana köçürülmüş almanların həyatından bəhs edən ekran əsərinin çəkilişləri ötən il başlanıb.
   Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımovdur. Ekran əsərində süjet xəttinə uyğun olaraq Azərbaycan, gürcü və alman aktyorlar çəkiləcəklər. Çəkilişlər Azərbaycan, Gürcüstan və Almaniyada aparılacaq.