“BoxOfficeMojo.com” saytı xəbər verir ki, Koen qardaşlarının çəkdiyi “Dəmir tutum” (“True Grit”) filmi Amerika kinoprokatında liderdir. Film ötən həftəsonu 15 milyon dollar qazanıb. Bu ekran əsəri 1969-cu ildə çəkilmiş eyni adlı filmin rimeykidir. Baş rollarda Ceff Bridces, Coj Brolin və Mett Deymon çəkiliblər.
   İkinci yerdə kassa gəlirinə görə “Fakerlərlə tanışlıq-2” komediyası qərarlaşıb. Bu komediya öz yaradıcılarına 13,8 milyon dollar gəlir gətirib.
   Üçüncü pilləyə 10,7 milyon dollar qazancı ilə “İfritələrin dövranı” (“Season of the witch”) filmi çıxıb. Filmin baş rolunda Nikolas Keyc ifritələrələ savaşan qorxmaz qəhrəmanı canlandırıb.
   "Taxt-tac: Miras” (“Tron: Legacy”) filmi 9,8 milyon dollar gəlirlə reytinqin dördüncü pilləsindədir. Beşliyi rejissor Darren Aranofskinin çəkdiyi “Qara qu quşu” filmi tamamlayır. Natali Portmanın baş rol aldığı film həftə sonu 8,35 milyon dollar qazanıb.