Məşhur aktyor Robert de Niro Kann kinofestivalında münsiflər heyətində yer alacaq. Bu barədə aktyor jurnalistlərə açıqlamasında bildirib. 
   O, “dünyanın ən möhtəşəm" kinofestivalında jüri heyətinə rəhbərlik edəcəyini deyərək bundan çox böyük şərəf duyduğunu bildirib. 64-cü Kann kinofestivalı 2011-ci ilin mayın 11-dən 22-dək keçiriləcək.
   Qeyd edək ki, Kann festivalı məşhur aktyorun kino taleyində silinməz izlər qoyub. Robert de Nironun rol aldığı iki film - rejissor Martin Skorsezenin “Taksi sürücüsü” və Roland Jofenin “Tapşırıq” filmləri vaxtilə məhz Kann kinofestivalının baş mükafatına - “Qızıl palma budağı”na layiq görülüb.