Şuşa Dövlət Musiqili Dram Teatrı martın 30-da Türkan qəsəbəsindəki hərbi hissədə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirib. Mərasimin bədii hissəsində Enurə Abdullayevanın “Ağ qayıq” tamaşası göstərilib.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Əsas rollarda Dürdanə Dünyamalıyeva və Gündüz Qasımov, digər rollarda əməkdar Artistlər Şükufə Musayeva, Azad Məmmədov, Nazir Rüstəmov və başqaları çıxış edib.