ABŞ-ın MGM şirkəti məşhur xəfiyyə Ceyms Bond haqqında növbəti filmin çəkiləcəyini elan edib. Filmin bu il çəkilməsi nəzərdə tutulub və “Agent 007” haqqında 23-cü film olacaq. Yeni ekran əsərinə “Amerikasayağı gözəllik”, “Dəyişikliklər yolu” filmlərini çəkmiş Sem Mendes quruluş verəcək. Baş rolu ingilis aktyoru Deniel Kreyq oynayacaq. O “Agent 007” haqqında bundan əvvəl çəkilmiş iki filmdə də (“Kazino Royal”, “Mərhəmət kvantı”) baş rolu ifa edib. 2012-ci ildə ekranlara çıxması nəzərdə tutulan filmin adı hələlik açıqlanmır.