Vampirlərdən bəhs edən “Alatoranlıq” filmi ABŞ-da “Sevimli kinofilmlər” nominasiyasında birinci yeri tutub. Ekran əsəri “Dəmir adam-2”, “Oyuncaqların macəraları-3”, “Alisa möcüzələr diyarında” və “Başlanğıc” kimi filmləri geridə qoyub. Los-Ancelesdə keçirilən “Xalq seçimi” (People"s Choice Awards 2011) mükafatının illik müzakirəsinin yekunlarına əsasən film “People’s Choice” mükafatına layiq görülüb.
   Xatırladaq ki, People’s Choice ABŞ şou-biznesində olan yeganə mükafatdır ki, laureatlar milli seçim yolu ilə müəyyən edilirlər.
   Amerikanın “Ən sevimli aktyoru” adını ikinci ildir ki, Conni Depp qazanır. “Alatoranlıq” vampir saqasında baş qadın rolunun ifaçısı Kristen Stüart isə Culiya Roberts və Ancelina Colini qabaqlayaraq, “Ən sevimli aktrisa” nominasiyasına layiq görülüb.