Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Şimali Osetiya) aprelin 7-dən 9-dək sənət ocağının qonağı olacaq.
Teatrın kollektivi üç gün ərzində Bakı səhnəsində O.Rozumun “Jili-bıli” (“Biri vardı, biri yoxdu”) tamaşasını göstərəcək.
Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeri Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır. Rolları Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev oynayır.
Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası ilə Vladiqafqaz teatrının qonağı olacaq.