Sumqayıt Dövlət Dram Teatrı aprel ayı üçün nəzərdə tutulan repertuara yeni bir tamaşanı da əlavə edib. Aprelin 2-də Abdulla Şaiqin “Tülkü həccə gedir” alleqorik nağılı əsasında rejissor Vasif Məmmədovun səhnələşdirdiyi “Əhmədin vəfalı dostu” tamaşasının premyerası keçirilib.
Aktyorlar Yalçın Səlimov, İradə Zeynalova, Habil Xanlarov, Şəhla Məmmədova, Ceyhun Məhərrəmov və Kifayət Burziyevanın maraqlı oyun tərzi azyaşlıların diqqətini çəkə bilib. Teatr studiyasının tələbələrindən Etibar Əmirov, Günəş Bağırova və Firuzə Şərifova da oynadığı rolların öhdəsindən məharətlə gəlib.