Qusar Dövlət Ləzgi Dram Teatrı martın 28-də Xaçmaz rayon Mədəniyyət mərkəzində şair-publisist Ramiz Duyğunun "Xarı bülbül" adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı oynayıb.
Pyesdə Qarabağ müharibəsi zamanı Şuşanın dağ kəndlərindən birində didərgin düşmüş bir ailənin faciəsi, Qarabağın azadlığı uğrunda düşmənlərə qarşı mərdliklə vuruşaraq şəhid olan əsgər və zabitlərimizin qəhrəmanlığı təsvir edilir, mənfur düşmənin xisləti göstərilir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynovadır.
Əsas obrazları Namiq Kərimov, Elnur Hacıyev, Samir Rəhimxanov, Mirvari İsayeva, Şəkufə Mirzəğayeva, Tacir Şahbazov, Ramiz Məmmədov, İsmət Sədiyev, Aydın Eyirov, Bağır Əhmədov ifa ediblər.