Hacıqabulun Qubalı Baloğlan kəndində 1918-ci ilin mart qırğınları zamanı şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qardaş xalqlarımız arasında mövcud olan dostluq və mədəni əlaqələrdən danışıb, əlaqələrimizin bu gün ən yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb, şəhidlərə Allahdan rəhmət diləyib.
Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə Türkiyə dövlətinə minnətdarlığını bildirib.
Qeyd edək ki, 1918-ci ildə Qubalı Baloğlan kəndində erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Bir müddət əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə şəhidlərin qəbirləri üzərində abidə ucaldılıb.