Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunacaq.
Səhnə əsərinin növbəti tamaşası görkəmli bəstəkarın 110 illiyinə həsr olunub. Rolları Xalq artisti Gülağası Mirzəyev və əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edəcək.
Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur. Qeyd edək ki, “Qız qalası” baletinin ilk nümayişi 1940-cı il aprelin 16-da olub.