Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında “Yaddaşın rəmzi” adlı sənədli film çəkilir. Film 1918-ci il aprel ayının 23-dən may ayının 10-dək ermənilər tərəfindən Qubada azərbaycanlı əhaliyə, yəhudilərə, digər millətlərin nümayəndələrinə qarşı törədilən soyqırımı haqqındadır. Filmin ssenari müəllifi Mahir Qəribov, quruluşçu rejissoru və operatoru Ələkbər Muradov, operator assistenti Yusif Şəfiyev, rejissor assistenti Murad Muradov, prodüseri Əbdül Kuçıyevdir. Filmin çəkilişləri Azərbaycan Milli Arxivində, M.F.Axundov adına Milli Kitabxanada, Milli Əlyazmalar Fondunda, Qubada, Şamaxıda və Bakıda aparılır.
   Yeganə