“Old City Film” kinostudiyasında istehsal olunan “Güllələr altında” sənədli-bədii filmi artıq səsləndirmə və montaj mərhələsindədir. Filmin rejissoru Elnur Əliyevin verdiyi xəbərə görə, film yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.
   Qeyd edək ki, film Qarabağ savaşında uşaqların başına gələn faciəli hadisələrdən bəhs edir. Ekran əsəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin və “Old City Film” kinostudiyasının birgə layihəsidir. Filmin quruluşçu rejissoru Elnur Əliyev, ssenari müəllifi Kamran Qasımov və Elnur Əliyev, quruluşçu operatoru Hüseyn Bağırov, quruluşçu rəssamı Mehriban Əfəndi, montajçı və qrafisti Rza Əsgərovdur.