Mükafatın əsas nominantları elə “Oskar”a iddia edn filmlərdir
   
   Ötən həftə Amerika Kino Akademiyasının “Oskar” mükafatına iddiaçıların adı açıqlananan sonra London Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) analoji mükafatlarlna nominantlar da elan edildi. Məşhur rejissor Tom Huperin quruluş verdiyi “Kral danışır” filmi BAFTA ya ən iddialı film hesab olunub. Qeyd edək ki, film Böyük Britaniya kralı VI Georqun həyatından bəhs edir. Kral obrazını tanınmış aktyor Kolin Fert canlandırıb. Kolin Fert həm də BAFTA mükafatının “ən yaxşı aktyor” nominasiyasına iddialıdır. Filmin ssenari müəllifi Devid Saddler və rejissoru Tom Huper də BAFTA mükafatına əsas iddiaçılar sırasındadır.
   Akademiyanın “ən yaxşı film” nominasiyasına gədikdə isə, bu ad uğrunda “Kral danışır”, “Sosial şəbəkə”, “Qara qu quşu”, “Dəmir tutum”, “Başlanğıc” kimi filmlər mübarizə aparacaqlar. Rejissor Daren Aranofskinin “Qara qu quşu” filmi 12, Kristofer Nolanın “Başlanğıc” filmi 9, Koen qardaşlarının “Dəmir tutum” filmi isə 8 mükafata iddialıdır. 1989-cu ildən başlayaraq hər il film, televiziya, uşaq filmləri kateqoriyalarında mükafatlar verilən BAFTA-nın yeni qalibləri fevralın 23-də açıqlanacaq.
   
   Vəfa Zeynalova