Rəsul Rzaya həsr edilmiş sənədli film təqdim olunub
   
   Fevralın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi münasibətilə çəkilən “Çinar ömrü” sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan Televiziyasında istehsal olunan filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Eldar Məmmədovdur.
   Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AzTV-nin rəhbəri Arif Alışanov, millət vəkilləri Fəttah Heydərov, Elmira Axundova, Gülər Əhmədova, teatrşünas İlham Rəhimli və digər mədəniyyət, incəsənət xadimləri iştirak ediblər. Ssenari müəllifi, Xalq yazıçısı Anar isə filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
   Filmdə sənədli, xroniki materiallardan, şairin canlı görüntülərindən, müsahibələrindən, öz ifasında səsləndirdiyi şeirlərdən istifadə olunub. Filmdə aktyorlardan Elşən Rüstəmov, Məmməd Səfa, Vidadi Əliyev, Rövşən Kərimduxt çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar