Qusar rayonu Cağar-qışlaq kənd kitabxana filialının təşkilatçılığı və kənd orta məktəbinin kollektivinin iştirakı ilə Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş kənd sakini Əmiraslan Xəlil oğlu Xeyirbəyovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə şəhidin ömür və döyüş yolu haqqında məlumat verilib. Kitabxana filialının müdiri Yeganə Zeynalova və digər çıxış edənlər vətənpərvərlik mövzulu belə tədbirlərin əhəmiyyətindən danışıblar, Əmiraslanın gənclərimiz üçün qürur ünvanı olduğu vurğulanıb.