Şamanlardan bəhs edən “Mərasim” (“The Rite”) adlı triller Şimali Amerika kinoprokatında liderliyi ələ alıb. Bu ekran əsəri sayəsində bir həftədə 15 milyon dollar kassa mədaxili əldə edilib. Real hadisələr üzərində qurulan əsərdə tələbə arzu etmədiyi halda zorən Vatikanda keşiş məktəbində oxumağa göndərilir. Gəncin müəllimi təcrübəli keşiş Lukas ata olur. Həmin keşiş rolunda Entoni Hopkins çəkilib.
   İkinci yerdə ötən həftənin lideri olan “No Strings Attached” (“Qeyd-şərtsiz”) adlı romantik komediya qərarlaşıb. Filmdə baş rollarda Natali Portman və Eşton Katçer çəkiliblər. Film yaradıcılarına 13,7 milyon dollar qazandırıb.
   `Üçüncü pillədə Mişel Qondrinin “Yaşıl eşşəkarısı” (“The Green Hornet”) adlı döyüş filmi yer alıb. Bu film 11,5 milyon dollar kassa mədaxili gətirib. “Mexanik” döyüş filmi də yaradıcılarına təxminən bu məbləğdə pul qazandırıb. Filmdə aktyorlardan Ceyson Stexem və Donald Sazerlend çəkiliblər.
   Beşliyi rejissor Tom Huperin “Kral danışır!” adlı filmi tamamlayır. Filmin kassa mədaxili 11,1 milyon dollardır.