Aprelin 15-də “Park Bulvar” ticarət mərkəzində gənc rəssam Ramil Əhmədovun yağlı boya əsərlərindən ibarət sərginin açılışı keçirildi. Sərgidə ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak edirdilər. 
   Sərgini giriş sözüylə ticarət mərkəzinin nümayəndəsi Günay Malikqızı açaraq rəssam Ramil Əliyevin yaradıcılığı haqqında bilgi verdi. 
   Millət vəkili Qənirə Paşayeva rəssamın istedadını yüksək qiymətləndirdi, bu sərginin həm də xeyriyyə məqsədi daşıdığını qeyd etdi.
   Güney Azərbaycandan gələn yazıçı Araz Əhmədoğlu müəllif haqqında ürək sözlərini bölüşdü. 
   Başqa çıxış edənlər də gənc rəssamın sənət uğurlarından söz açdılar. 
   Sonda çıxış edən R.Əhmədov ona göstərilən qayğıya görə hamıya sayğısını bildirdi. 
   R.Əhmədov əlildir, amma fiziki əngəllərinə rəğmən yüksək ustalıqla yaratdığı rəngkarlıq əsərləri hamını heyran qoyur. Sərgidə rəssamın 36 əsəri nümayiş olunur. 
   
   Soltan