Qalib layihələr elan edilib
   
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 1 may 2016-cı il tarixinədək Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etmişdir.
   Müsabiqə komissiyasına təqdim olunmuş 56 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:
   “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi - “Regionlarda yeni formalaşmış mədəniyyət müəssisələrində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin təbliği” layihəsi;
   “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi - “Keçmişdən gələcəyə! Gənclər arasında tarixi mədəniyyət abidələrinin təbliği“ layihəsi;
   “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi - “Qarabağın maddi-mədəni irsinin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” layihəsi;
   “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyi - “Muğamın müasir dinləyiciləri” layihəsi;
   “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyi - “Gənc aşıqların respublika festivalı” layihəsi;
   “Gələcək naminə Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyi - “Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi;
   “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi - “Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri” layihəsi.