Aprelin 25-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış heykəltəraş Kamal Vəliyevin sənət əsərlərindən ibarət fərdi sərgisi açılacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Bir həftə davam edəcək sərgidə heykəltəraşın 40-dək əsəri nümayiş olunacaq.