Fransalı məşhur aktrisa Maria Şnayder 58 yaşında Parisdə vəfat edib. Kino karyerasına 17 yaşında başlayan fransız aktrisa həyatı boyu 20-dən çox filmdə çəkilib. Marlon Brando ilə çəkildiyi “Last Tango in Paris” (“Parisdə son tanqo”) filmi isə Şnayderi bütün dünyada məşhur edib. Bu film bəzi səhnələrinə görə bir çox ölkədə yasaqlandığı üçün aktrisa daha ciddi filmlərdə çəkilməyə qərar veib. Onun karyerasındakı ən əhəmiyyətli ekran əsəri Mikelancelo Antonioninin çəkdiyi “The Passenger” (“Sərnişin”) filmi olub. Mariya Şnayder axırıncı dəfə 2007-ci ildə Qiyom Niklunun çəkdiyi "La Clef-Anahtar" (“La notunun açarı”) və 2008-ci ildə “Cliente” (“Müştərilər”) filmində çəkilib.