Hacıqabul rayon Mədəniyyət mərkəzində rayonun Meyniman kəndindən olan xanəndə, "Qızıl buta" mükafatı laureatı Maya Cəbrayılova ilə görüş keçirilib.
Tədbirin aparıcısı, Qarasu kənd klubunun müdiri, Maya xanımın tələbəsi olmuş həvəskar müğənni Şamil Azadov müəlliminin sənət yolundan söhbət açıb.
Maya Cəbrayılova muğam və təsniflər, "Yaşa, Azərbaycan!" mahnısını ifa edib. Onu tarda Özal Məmmədxanlı, kamançada Elmar Ələkbərli, nağarada Səftər Məmmədov müşayiət ediblər.
Mədəniyyət işçisi Elnur Əmiraslanov, xanəndənin orta məktəb müəllimi, onun musiqiyə gəlişinin səbəbkarlarından olmuş Qara Əhmədov və digərləri ürək sözlərini bölüşüblər.