Lerik rayonunun Bradi kənd klubunda “Azərbaycan cəmiyyətində islam həmrəyliyi” mövzusunda tədbir keçirildi. Qonşu Daster kəndindən də qonaqların iştirak etdiyi tədbir “İslam həmrəyliyi ili”nə həsr olunmuşdu.
Tədbiri açan Daster kənd məktəbinin gənc müəllimi Tural Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan olunan “İslam həmrəyliyi ili”nin əhəmiyyətindən danışdı.
Bradi kəndinin ağsaqqal ziyalısı Rəffaq Nəcəfov, şair Murad Hüseynov, Daster kənd məktəbinin direktoru Zöhrab Şəfiyev, gənclərdən Novruzəli Hüseynov, Nurlan Əşrəfov islam həmrəyliyinin Azərbaycan modelindən, dini radikalizmin zərərli təsirləri, milli-mənəvi dəyərlərin gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən bəhs etdilər. Sonda məktəblilərin ifasında insanları dostluğa və həmrəyliyə çağıran şeir nümunələri səsləndirildi.
Zəfər Orucoğlu
Lerik