Rejissor Ceyms Kameron 2010-cu ildə Hollivudda ən çox pul qazanmış şəxsdir
   
   Onun illik gəliri 257 milyon dollar təşkil edib. Buna görə rejissor çəkdiyi “Avatar” filminə xüsusilə minnətdar olmalıdır. İkinci pilləni ötən il 100 milyon dollar qazanmış aktyor Conni Dep tutub. Rejissorlar Stiven Spilberq 80 milyon dollarlıq gəlirlə üçüncü, Kristofer Nolan isə 71,5 milyon dollarla 4-cü yerdə qərarlaşıblar.
   Aktyor Leonardo di Kaprio 62 milyon dollarlıq qazancla beşincidir.