Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əlavə təsir” bədii filminə ilk baxışı keçiriləcək.
   Azərbaycan polisinin fəaliyyətinə həsr olunan filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadə, səs operatoru Bəkir Bəkirzadə, montajçısı Elşad Rəhimovdur. Rollarda Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Atabala Səfərov, Şamil Süleymanov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çıxış edirlər.