Dahi alim Albert Eyneşteynin həyat yolunu əks etdirən filmin quruluşçu rejissoru əslən Honkonqdan olan Ueyen Van, ssenari müəllifi isə “Oskar” mükafatçısı Ronald Bassdır. Ssenarist məşhur \"Yağış adam\" və \"Arzuların məskəni\" filmindən kinosevərlərə tanışdır. Filmin çəkiliş prosesinə gəldikdə isə, yaradıcı heyət çəkilişləri Almaniyada aparmağı qərara alıb. Filmin satış hüququnun Berlin kinofestivalında baş tutacağı bildirilir. Filmdə Albert Eynşteynin sürdüyü kasıb həyat tərzindən, qadınlarla çətin qurulan münasibətlərindən və bu günə kimi onun haqqında heç kəsin bilmədiyi faktlardan bəhs ediləcək. Qeyd edək ki, dünya şöhrətli fizik nisbilik nəzəriyyəsinin müəlliflərindən biri kimi tanınır, 1921-ci ildə fotoeffekt tədqiqatındakı uğuruna görə Nobel mükafatına layiq görülüb.

  Vəfa Zeynalova