Dünyanın əsas kino müsabiqələrindən olan Berlin Film Festivalı fevralın 12-də işə başlayıb. Festival Koen qardaşlarının “Oskar”a namizəd “Dəmir güc” filmi ilə açılıb.
   Festivalda “Oskar” mükafatına namizəd filmlərlə yanaşı, digər filmlərin də nümayişi nəzərdə tutulur. Bu sırada rejissor Andreas Veielin “Biz olmasaq bəs kim?” (“If not us, who”), Conatan Sagalın "Lipstikka", Miranda Culinin “Gələcək” (“The Future”), Əsgər Fərhadinin “Nadirin Simenden ayrılığı”, Viktoriya Mahoneyin “Səmaya qışqırıqlar” (“Yelling To The Sky”), Rodrigo Morenonun “Sirli dünya” (“A Mysterious World”), Aleksandr Mindadzenin “Günahsız şənbə” (“Innocent Saturday”) və başqa filmlər “Qızıl ayı” mükafatı uğrunda mübarizə aparacaq.
   Qaliblərin adı fevralın 20-də açıqlanacaq. Xatırladaq ki, keçən il Berlin kinofestivalının əsas mükafatını türkiyəli rejissor Semih Kaplanoğlunun “Bal” filmi qazanmışdı.
   
   Yeganə