Martın 5-də Teatr Xadimləri İttifaqının tamaşa zalında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Pozitiv Media” prodüser mərkəzində istehsal olunmuş “Aktrisa” bədii filminə ilk baxış keçiriləcək. Quruluşçu rejissoru Rövşən İsaq olan ekran əsəri kriminal-dram janrında çəkilib. Filmdə bir-birinin ardınca törədilmiş üç qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq inanır ki, bu qətllərin üstünün açılması bir parolun tapılmasından asılıdır.
   “Aktrisa” bədii filminin ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsaq, quruluşçu-operatoru Rövşən Quliyev, bəstəkarları Vasif Arifoğlu, Nazim Əhmədov, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Vüqar Əmirovdur.
   Fimdə əsas rollarda Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsaq, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkiliblər.