“Hərbi marşlar” və “General Şıxlinski”
  
 
   “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Hərbi marşlar” televiziya filminin istehsalı başa çatıb. “Hərbi marşlar” filmində ruh yüksəkliyi, coşqunluq, qələbə əhvali-ruhiyyəsi yaradan marşlardan bəhs olunur. Ekran əsərinin ssenari müəllifi Əhməd Oğuz, rejissoru Rövşən Əliyev, operatoru Zahid Bağırovdur.
   “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsalı başa çatan daha bir sənədli film “Sərkərdə ləyaqəti: general Əliağa Şıxlinski” adlanır. Film Azərbaycan tarixində xüsusi yeri olan Əliağa Şıxlinskinin keçdiyi şərəfli ömür yoluna, bir hərbçi kimi gördüyü bənzərsiz işlərə həsr olunub. Ekran əsərinin ssenari müəllifi Eldar İsgəndərzadə, rejissoru Vasif Məmmədzadə, operatoru Mahir Cahangirovdur.