Qazax rayon MKS-nin Daş Salahlı kənd 1 və 2 saylı kitabxana filialları Daş Salahlı Sənətkarlıq evinin qarşısında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirib. 1 və 2 saylı orta məktəblərin şagirdləri şeirlər söyləyib, sazda və nağarada ifa bacarıqlarını göstəriblər. Sonda “Zəmanəmizin böyük azərbaycanlısı” adlı sərgiyə baxış keçirilib.
   * * *
   Salyan rayon Mədəniyyət mərkəzi “Murad” əlillər cəmiyyəti ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü dönümü münasibətilə tədbir təşkil edib. Açıq havada keçirilən tədbirdə 50-dək əlilin müxtəlif əl işləri sərgilənib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və ziyalılar iştirak edib. Mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivləri də tədbirə xüsusi maraq qatıb.
   * * *
   Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialında da ulu öndərə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şagirdlər şeirlər söyləyiblər. İştirakçılar ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirib. Tərtər rayon Heydər Əliyev Mərkəzində Sarıcalı kənd orta məktəbi şagirdlərinin təqdimatında “Bir sevgi dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Regional idarənin Tərtər rayonu üzrə nümayəndəsi Gündüz Mürsəlov, idarənin məsləhətçisi Ceyhun İsmayılzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış ediblər. Bərdə rayon, Yevlax və Mingəçevir şəhər nümayəndəlikləri də mövzu ilə bağlı tədbirlər təşkil edib. 
   * * *
   M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun anadan olmasının ildönümünə həsr olunmuş xatirə axşamı təşkil edilib. Tədbirdə Mikayıl Cəbrayılovun vaxtilə çalışdığı Polis şöbəsinin əməkdaşları, döyüş yoldaşları Milli Qəhrəmanın şərəfli ömür yolundan danışıblar. Qəhrəmanın oğlu polkovnik-leytenant Müşfiq Cəbrayılov tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbirdə musiqi nömrələri səslənib.